“Android Erası2” müsabiqəsinin yekunlarına dair tədbir keçirilib
Azərbaycanda İnformasiya Texnologiyaları sahəsinin ən önəmli layihələrindən biri olan Hackathon Azərbaycan-ın “Android Erası 2” müsabiqəsi yekunlaşıb. 6 May 2012-ci il tarixində Qafqaz Universitetində müsabiqənin yekunlarına dair tədbir keçirilib. 15-23 mart tarixindən start götürən müsabiqəyə 124 müraciət olub. Bu müraciətlərdən 86 nəfər yarışmada iştirak hüququ qazanıb. Yarışma çərçivəsində iştirakçılar tərəfindən 15 mobil tətbiq yazılıb.











